Məşqçilər üçün seminar

Məşqçilər üçün seminar

Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən məşqçilər üçün seminar təşkil olunub. Seminarda təlimçi qismində Əməkdar məşqçi, elit kateqoriyalı beynəlxalq dərəcəli hakim, hazırda ABŞ-da məşqçi kimi çalışan Fikrət Vəliyev çıxış edib. İnteraktiv şəkildə keçirilən seminarda F.Vəliyev müasir qılıncoynatmada məşqçiliyin tendensiyaları, hakimlikdə baş verən son dəyişikliklər barədə məlumat verib.