Gənc akrobatika gimnastlarımızdan qızıl medal

Gənc akrobatika gimnastlarımızdan qızıl medal

Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar. Gənclər arasında kişi cütlüklərinin tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar. Cütlük daha əvvəl çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfədir gənc akrobatika gimnastları Avropa çempionatında qızıl medal qazanıblar.