Badmintonçumuzun növbəti sınağı

Badmintonçumuzun növbəti sınağı

Noyabrın 6-da Qazaxıstanda badminton üzrə "CONDENSATE Kazakhstan International Series 2019” turniri start götürüb. Yarışda Azərbaycan badmintonçusu Edi Reski Dviçayo da iştirak edir.
Badmintonçumuz mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. Dviçayo ilk görüşündə qazaxıstanlı badmintonçu Vyaçeslav Vlassovla qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 51 kişi və 38 qadın badmintonçu iştirak edəcək. Turnirin mükafat fondu 10 min dollardır.
Turnirə noyabrın 10-da yekun vurulacaq.