Masallıda Dövlət Bayrağı Günü qeyd olunub

Masallıda Dövlət Bayrağı Günü qeyd olunub

Masallı Olimpiya Kompleksində Dövlət Bayrağı Gününə həsr edilmiş idman festivalı keçirilib. Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalda cüdo, yunan-Roma güləşi, taekvondo, sərbəst güləş, futbol, şahmat, voleybol, kikboksinq, boks və karate idman növləri üzrə 450-yə yaxın idmançı iştirak edib.