Tokio-2020 Yay Paralimpiya Oyunlarına yeddinci lisenziya

Tokio-2020 Yay Paralimpiya Oyunlarına yeddinci lisenziya

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.
Çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb.
F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev Tokio- 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək Tokio-2020-yə lisenziya əldə etmişdilər.