Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti ölkəmizdə səfərdədir

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti ölkəmizdə səfərdədir
 
Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Məhəmməd Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir. Qonaq Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi, Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubleyinə həsr edilmiş "Yenilməzlər” Beynəlxalq Qala Təqdimatında iştirak edəcək.
Xatırladaq ki, sabah Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Yenilməzlər” adlı beynəlxalq qala təqdimatı keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin Koorporativ Sosial Məsuliyyət sahəsində stimullaşdırılmasıdır.