Paralimpiyaçılarımız dünya çempionatında iştirak etmək üçün Fransanın Lyon şəhərinə yola düşüblər

Paralimpiyaçılarımız dünya çempionatında iştirak etmək üçün Fransanın Lyon şəhərinə yola düşüblər

İyulun 16-dan 30-dək Fransanın Lyon şəhərində atletika üzrə dünya çempionatı keçiriləcək. Bu mötəbər yarışda Azərbaycanı millinin 10 paralimpiyaçı atleti təmsil edəcək.
Yarış keçirilən ərəfədə atletika idman növünün bəzi texniki məsələlərinin müzakirəsi ilə bağlı forum keçiləcək. Tədbirdə forum iştirakçılarının 2016-ci ildə keçiriləcək Rio-de-janeyro Yay Paralimpiya Oyunlarının keçiriləcək atletika idman növü ilə bağlı proqramı təqdim ediləcək.
Yarışda ölkəmizi baş məşqçi Sergey Təhməzov və məşqçi Oqtay Şahtaxtinskinin rəhbərliyi altında milli komandanın üzvləri Kamil Əliyev (uzunluğa tullanma -T13), Zeynidin Bilalov (üç təkanla tullanma -T11), Yuriy Qornak (400m-T13), Elçin Muradov (100m-T11) və Valentin Buliçev (lider), Oloxan Musayev (nüvə itələmə -F56/57, disk atma -F54-56), Samir Nəbiyev, (disk atma-F57/58), Rza Osmanov (uzunluğa tullanma -T12), Rüfat Rəfiyev (nüvə itələmə -F36), Ulvi Şıxvəliyev (100m -T13), Vladimir Zayets (üç təkanla tullanma -T12) təmsil edəcəklər.