Cazibədar tennisçinin Safari təəssüratları

Cazibədar tennisçinin Safari təəssüratları

Məşhur tennisçi Mariya Şarapova Afrikanın Safari parkında gəzintidə olub. Botsvanada olan rusiyalı tennisçi heç vaxt yaxından görmədiyi yeni heyvanlarla qarşılaşıb. Əvvəlcə o, hepardla üz-üzə gəlib. Daha sonra idmançı vəhşi camış sürüsü, sonra isə fil ilə tanış olub. Mariyanın sözlərinə görə, o, zebra sürüsündən gözünü çəkə bilməyib. Kərgədanı canlı görmək, cazibədar xanıma xüsusi zövq verib. "Niyə heç kəs mənə daha əvvəl Safariyə gəlməyimi deməyib?”, - deyə Mariya özünün şəxsi instaqram hesabında paylaşım edib.