Rusiyalı gimnast Yevgeniya Asonova Latviyanın paytaxtı Riqa şəhərində keçirilən yarışda ciddi zədə alıb. "Second İnternational Air Athletics Championship” yarışında mübarizə aparan idmançı səkkiz metirlik hündürlükdən yerə yıxılıb. Məlumata görə, idmançı 1-ci bel və 12-ci sinə onurğasını sındırıb. "Mən artıq Rusiyada reabilitasiya keçirəm. Əlavə əməliyyatlara ehtiyac yoxdur. Hazırda hərəkət edə bilmirəm. Uzun müddət yataq vəziyyətində olmalıyam”, - deyə Yevgeniya Asonova bildirib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalar aparır.