Gənclər və idman naziri Milli Gimnastika Arenasında

Gənclər və idman naziri Milli Gimnastika Arenasında
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Milli Gimnastika Arenasında olub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumatda bildirilir ki, bədii gimnastika üzrə yığma komandamızın üzvlərinin yoxlama məşqlərini izləyən nazir daha sonra gimnastlarımızın suallarını cavablandırıb. Sonda Azad Rəhimov yığma komandamızın üzvləri ilə xatirə şəkilləri çəkdirib.