Atletika üzrə Bakı çempionatı start götürüb

Atletika üzrə Bakı çempionatı start götürüb

Bu gün Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı start götürüb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunacaq yarışda qızlar və oğlanlar iştirak edirlər. Yarışda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.