İsveçrənin Lozanna şəhərində yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. “Vodua” arenasında təşkil olunan mərasimdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov yer alıb.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edir.
Yeniyetmələrin Oyunlarında 14 yaşından 18 yaşınadək idmançılar iştirak edirlər. İsveçrə yığması turnirin ev sahibi olaraq, yarışlara ən çox - 112 idmançı ilə qoşulub.
Qeyd edək ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunları yanvarın 22-də başa çatacaq.
Lozannada yeniyetmələrin III Qış Olimpiya Oyunları keçirilir