Mariya Şarapova Avstraliya Açıq çempionatına “wild card”la qoşulacaq

Mariya Şarapova Avstraliya Açıq çempionatına “wild card”la qoşulacaq

Rusiyalı tennisçi Mariya Şarapova Avstraliya Açıq çempionatına xüsusi dəvət alıb. Beləliklə, rusiyalı idmançı turnirin seçmə mərhələlərində iştirak etməyəcək. O, mübarizəyə yarışların əsas hissəsindən başlayacaq.  Hazırda Mariya Şarapova Qadın Tennis Assosiasiyasının (WTA) 147-ci pilləsində yer alır. Qeyd dək ki, “Australian Open” turniri 20 yanvar - 2 fevral tarixlərində keçiriləcək. Məlumat üçün bildirək ki, Avstraliyada baş verən yanğınlar səbəbindən oyunlar yalnız qapalı kortlarda təşkil olunacaq.