Kazandan daha bir medalı güləşdə qazandıq

Kazandan daha bir medalı güləşdə qazandıq

İyulun 16-da Kazanda, Tələbələrin 27-ci Ümumdünya Yay Universiadasında yunan-Roma güləşi üzrə yarışların sonuncu üç dəst medalı oynanılıb. Həmin gün Azərbaycanın üç təmsilçisi mübarizə aparıb. Kamran Məmmədov (60 kq) ilk görüşündə Xorvatiya idmançısı Tonimir Sokolu 4:0 hesabı ilə məğlub edib. Sonra iranlı pəhləvana qalib gələn (3:1) idmançımız yarışların yarımfinalına vəsiqə qazanıb. Kamran əvvəlcə Gürcüstan təmsilçisi Tornika Turkişvilini 4:0 hesabı ilə məğlubiyyətə uğratsa da, finalda 0:3 hesabı ilə rusiyalı İvan Kuylakova uduzub və gümüş medalla kifayətlənməli olub.
Yunan-Roma güləşçilərimizdən Elvin Mürsəliyev (74 kq) bürünc medal uğrunda mübarizədə məğlub olub. 96 kq çəki dərəcəsində yarışan Araz Həsənov (96 kq) da fəxri kürsüyə qalxmağa müvəffəq ola bilməyib.