Braziliya Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq əlaqələri yaradılır

Braziliya Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq əlaqələri yaradılır

Azərbaycan Milli Paralimpiya Komitəsi son illər bir çox ölkələrin milli paralimpiya komitələri ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq üçün müəyyən tədbirlər həyata keçirir. Təsadüfi deyildir ki, buyaxınlarda Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və Braziliya Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib. Bu məqsədlə iyulun 22 -23-də tərəflər arasında gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etmək üçün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti E.Parsonsun Fransanın Lyon şəhərində görüşləri planlaşdırılıb. Görüşdə AMPK-nin birinci vitse-prezidenti Natiq Qasımov və Komitənin baş katibi Afiq Süleymanovun da iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, İ.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti iyulun 20-da Lyon şəhərinə yola düşəcək.
Xatırladaq ki, XXXI Yay və XV Paralimpiya Oyunları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil ediləcək. Braziliyanın bu möhtəşəm idman tədbirinə ev sahibliyini nəzərə alaraq, Azərbaycan tərəfi Braziliya Paralimpiya Komitəsi ilə əməkdaşlığın yaranmasına böyük əhəmiyyət verir.