Lozanna da AOK-un iclası keçiriləcək
Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin (AOK) Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.
Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçiriləcək bu iclasda Avropa idman modeli, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqlar, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40 və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.
Qeyd edək ki, bu komissiyanın üzvlərinə Belarus, İspaniya, İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, Kosovo, Polşa, Rusiya, Malta, Norveç, San -Marino və Moldova kimi ölkələrdən nümayəndələr daxildir.