Qılıncoynadanlarımızın Bəhreyn sınağı

Qılıncoynadanlarımızın Bəhreyn sınağı

Yanvarın 18-də Azərbaycanın kişilərdən ibarət şpaqa üzrə milli komandasının üzvləri Bəhreynin paytaxtı Manamada keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər.
Turnirdə ölkəmizi milli komandamızın üzvləri Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev təmsil edəcəklər.
Qeyd edək ki, dünya kuboku turnirində 21 ölkədən 67 idmançı birincilik uğrunda mübarizə aparacaq.