Yeniyetmə atletlər Bakı birinciliyində bir araya gələcəklər
18:33 16.01.2020
1053
Yanvarın 17-18-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında Bakı birinciliyi keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 10 komandadan 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq. Qaliblər diplom və medallarla təltif olunacaqlar.