BOK və AOK prezidentləri Olimpiya kəndində idmançılarla görüşüblər

BOK və AOK prezidentləri Olimpiya kəndində idmançılarla görüşüblər

Iyulun 15-də Olimpiya kəndində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun və Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalının (AYOF) bir qrup idmançısı ilə görüşü keçirilib. Görüşdə çıxış edən Patrik Hikki AYOF-un BOK prezidenti Jak Roqqun təşəbbüsü ilə kecirildiyini diqqətə çatdırıb və ona öz təşəkkürünü bildirib.




O, bu festivalın yeniyetmə atletlərin böyük idmana gedən yolda əsl sınaq məktəbi olduğunu və onların gələcək idman karyerasında mühüm rol oynadığını vurğulayıb. Jak Roqq görüşdə çıxış edərək XII Olimpiya Festivalının ən yaxşı idman bayramlarından biri kimi tarixə düşəcəyinə əmin olduğunu bildirib. O, yeniyetmə atletlərə uğurlar arzulayıb və festivalın bundan sonra da yüksək səviyyədə keciriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, BOK və AOK prezidentləri ilə keçirilən görüşdə Azərbaycanın yeniyetmə idmançısı Zaur Əliyev də iştirak edib.