Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına əsasən koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan vətəndaşlara dəstək olmaq məqsədilə həyata keçirilən xeyriyyə aksiyası Qazaxda da davam etdirilir. Qazaxda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanılan bu aksiyaya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası da qoşulub.
Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən bu xeyirxah aksiya çərçivəsində ADBTİA-sı Qazaxda 114 məcburi köçkün ailəsinə dəstək olub.
"Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən məcburi köçkün ailələrinə ərzaq məhsulları çatdırılıb.
ADBTİA Qazaxda 100-dən artıq məcburi köçkün ailəsinə dəstək olub