Olimpiya çempionu virusla mübarizəyə dəstəy oldu

Olimpiya çempionu virusla mübarizəyə dəstəy oldu

 Atletika üzrə səkkiz qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusla mübarizəyə maddi vəsait ayırıb.
"Sport-express"in yaydığı məlumatda bildirilir ki, idman tarixinin ən sürətli sprinterlərindən biri Yamaykada pandemiyaya dəstək məqsədilə 3 400 avro (6 343 manat) pul ayırıb. Qeyd edək ki, Yamaykada 105 nəfərdə koronavirus aşkar edilib. Beş nəfər isə virusun qurbanı olub.