Uğuru ram edən çempionlar nə düşünür?

Uğuru ram edən çempionlar nə düşünür?

Bu günlərdə hər birimiz evdəyik. Çalışırıq ki, karantin qaydalarına əməl edək, bizim, ümumilikdə bəşəriyyət üçün təhlükə yaradan COVİD-19 virusundan uzaq duraq. Evdə oldugumuz günlərdə mütaliə etmək, maraqlı yazılar oxumaq üçün gözəl fürsət yaranıb. Bu pandemiya idmana da böyük təsir edib. Hazırda dünyanın aparıcı ölkələrində keçirilən və keçirilməsi nəzərdə tutulan yarışlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Hamı bəlli olacaq tarixi gözləyir. Elə biz də...
"Olimpiya dünyası.com" və "olimpnews.az" saytı #evdəqal çağırışına qoşularaq, oxucularına maraqlı yazılar təqdim edir. Bu dəfə dünya idmanında nüfuz sahibi olan ulduzların səsləndirdiyi fikirləri bir araya toplamışıq. 


Əgər insan yıxıldıqdan sonra qalxa bilirsə, bu fizika deyil, yalnız xarakterdir.
                                                
                                             Mayk Tayson

Çempionlar idman zallarında yetişmir. Qalib olmaq hissi insanın daxilindədir. Arzu, istək və məqsəd çempionluğun onurğa sütunudur.

                                            Məhəmməd Əli

Uğur qazanmaq üçün istəklərindən hündürə tullanmalısan. 
                                            Lev Yaşin

Qalibiyyət təsadüfi ola bilməz. Bunun üçün zəhmətə qatlanmalı, vaxtını itirməli, tər tökməlisən. Uğurun üçün atdığın addımlar hec vaxt boşa çıxmayacaq.
                                             Pele


İdmançılara mübarizə aparmağı öyrədin. Məqamı çatanda onlar sizi zirvədə salamlayacaqlar.
                                             Larisa Latınova

Məni irəli aparan zəif cəhətlərimdir. Onlardan yaxa qutarmaq üçün daim irəli gedirəm. Buna görədə zirvədəyəm.
                                             Maykl Cordan

Hər bir matçda mən eyni cür oynayıram. Sanki özümü final qarşılaşmasında hiss edirəm.

                                              Leonel Messi

Mən həmişə korta çıxanda qarşı tərəfdəki rəqibimin tituluna fikir verməmişəm. Sadəcə keçirəcəyim oyun barəsində düşünmüşəm. Bu, o demək deyil ki, rəqiblərimə hörmət etmirəm. Sadəcə mübarizə aparıb, uğur qazanmışam.

                                           Mariya Şarapova

Əgər digərlərindən üstün olmaq istəyirsənsə,bunun bir yolu var. Çalışın digərlərinin etmək istəmədiklərini siz edin. Bax həmin vaxt siz onlardan fərqlənəcəksiniz.

                                           Maykl Felps

Yatan adam yuxudan başqa heçnə əldə edə bilməz.
                                            Serena Vilyams