Rafael Nadaldan turnirlərlə bağlı proqnoz

Rafael Nadaldan turnirlərlə bağlı proqnoz

İspaniyalı tennisçi Rafael Nadal tennis turnirlərinin hələ uzun müddət keçirilməyəcəyi ilə bağlı proqnoz verib.​
"Tennis geniş bir idman növüdür. Biz turnirlər zamanı müxtəlif ölkələrə səyahət edirik, insanlarla ünsiyyətdə oluruq. Hesab edirəm ki, turnirlərin qısa zaman sonra təşkil olunacağı sual altındadır. Hazırki vəziyyətlə əlaqədar olaraq, turnirlərin bağlı qapılar arxasında keçirilmə qərarı alınsa belə, bu məni çox xoşbəxt edəcək. Lakin düşünürəm ki, bu çox çətin bir addımdır. İnsanlar çətin bir zaman yaşayır. Buna görə də, tennis hazırda məni ən son maraqlandıran mövzudur", - deyə tanınmış tennisçi bildirib.​