Donald Tramp: "Bir çox liqalar azarkeşsiz keçirilməyə başlayacaq"

Donald Tramp: "Bir çox liqalar azarkeşsiz keçirilməyə başlayacaq"

ABŞ prezidenti Donald Tramp, peşəkar idman liqalarında mövsümlərin bərpa olunmasından sonra görüşlərin azarkeşsiz keçiriləcəyini deyib. "Bir çox liqalar azarkeşsiz keçirilməyə başlayacaq. Bu, televiziya üçün ediləcək. Lakin bir müddət sonra azarkeşlərə oyunları tribunalarda izləmək imkanı veriləcək. Ola bilər ki, əvvəlcə azarkeşlər arasında iki oturacaq məsafə təyin edilsin. Lakin əsas məqsədimiz daha sonra arenaları yenidən azarkeşlərlə doldurmaqdı. Bununla da, ​ bir anda hər şey əvvəlki vəziyyətinə qayıdacaq", - deyə Donald Tramp bildirib.​