Finlandiyada Azərbaycan gecəsi keçirilib

Finlandiyada Azərbaycan gecəsi keçirilib

Finlandiyada səmti müəyyənetmə idman növü üzrə keçirilmiş dünya çempionatı çərçivəsində Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə "Azərbaycan gecəsi” təşkil olunub. Federasiyadan olimpnews.az-a daxil xəbərə görə, gecəyə beynəlxalq federasiyanın rəhbərliyi ilə yanaşı, dünya çempionatında iştirak edən ölkələrin müvafiq federasiyalarının rəhbərləri, məşqçilər, çempionatda fərqlənən idmançılar və bu idman növünün veteranları qatılıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov gecədə iştirak edən qonaqları salamlayaraq iştirakçılara respublikamiz haqqında, eləcə də bu idman növünün ölkəmizdə inkişafı barədə geniş məlumat verib. M.Kazımov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda bütün sahələrə olduğu kimi, idmana da diqqət və qayğı göstərdiyini vurğulayıb.
Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmiləri dövlətin diqqət və dəstəyi sayəsində bu idman növünün Azərbaycanda son iki il ərzində sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq, qısa müddət ərzində həyata keçirilmiş layihələr və digər tədbirləri yüksək qiymətləndiriblər. Sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və may ayında Azərbaycanda keçirilmiş I Beynəlxalq Açıq Kuboku yarışı ilə bağlı videoçarx qonaqların diqqətinə təqdim olunub. Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası prezidentinin xüsusi nümayəndəsi Tatyana Kalendaroğlu və Rusiya SMEİF-in nümayəndəsi Aleksandr Trempoltsev öz çıxışlarında Azərbaycanda təşkil olunmuş yarışın çox yüksək səviyyədə keçirildiyini bildirməklə yanaşı, qonaqlara Azərbaycanın təbiəti, mətbəxi, xalqımızın qonaqpərvərliyi barədə məlumat veriblər.
Tədbir zamanı Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında qısametrajlı film də nümayiş etdirilib. Qonaqlara Azərbaycanın tarixi, mətbəxi, təbiəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindəntəqdim olunmuş 120 ədəd kitab, respublikamız haqqında 100 ədəd disk, milli xalçalar, musiqi alətləri, Azərbaycan şərabları və konyakları hədiyyə olunub.
Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat xidməti