Beynəlxalq Konkisürmə İttifaqı Kanadanın Monreal şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatını ləğv edib.
Beynəlxalq qurum martın 16-22-nə planlaşdırılan çempionatı koronavirus pandemiyasına görə əvvəlcə təxirə salmışdı. Ancaq sonra təşkil olunan onlayn-görüşdə qurumun şurası çempionatın ləğvinə qərar verib.
İclasda, həmçinin yeniyetmələr arasında konkisürmənin müxtəlif növləri üzrə Koreya Respublikası və ABŞ-da təşkil olunacaq dünya birincilikləri də ləğv olunub.
2020-2021-ci il mövsümünün təvimi Beynəlxalq Konkisürmə İttifaqının şurasının aprelin 28-də keçiriləcək onlayn-görüşündə müzakirə olunacaq.
Daha bir çempionat ləğv olundu