Məşhur idmançılar karantində nə edirlər?

Məşhur idmançılar karantində nə edirlər?

​Bütün dünyanın evdə qaldığı ​ bir vaxtda, Kriştianu Ronaldo da buna əməl edir. Bütün zamanını dörd övladı və rəfiqəsi ilə evdə keçirən futbolçunu deyəsən hər şey qane edir. Futbolçu yenə də ənənəsinə sadiq qalır. O, şəxsi instaqram hesabında maraqlı videolar paylaşıb. Azyaşlı övladları ilə paylaşdığı video isə azarkeşlərin xüsusi marağına səbəb olub. Belə ki, futbolçu, idman edərkən yanına gələn kiçik qızını bir əlində qaldıraraq hərəkətlərinə davam edib. Bu isə onun azarkeşləri tərəfində xüsusi bəyənilib. ​
"Dinamo" klubunun hücumçusu ​ Fran Sol da evdə aktiv həyat tərzinə üstünlük verir. İdman vaxtının maraqlı keçməsi üçün isə o, həyat yoldaşı ilə birgə məşq edir. İdmançı evinin terasında həm qaçış, həm də idman hərəkətləri edərək, azarkeşləri sağlam və evdə qalmağa çağırır.
Bir çox idmançılardan fərqli olaraq, Rafael Nadal karantin müddətində yalnız idman ilə məşğul olmur. Azarkeşlərin tennis kortunda gördüyü məşhur tennisçinin mətbəxdə videosu yayılıb. İdmançı fürsətdən istifadə edərək, mətbəxə keçib və ev işlərinə kömək edib. O, paylaşdığı videonu "Ev işləri bitmir. Monte Karloda turnirdə olmağa üstünlük verərdim. Lakin hələ ki, hər şey yaxşısır. Bunu azarkeşlərimin ehvalını yüksətmək üçün edirəm" deyə şərh edib.​

Məşhur idmançılar karantində nə edirlər?