Yay Olimpiya oyunları tarixdə 5-ci dəfədir ki, keçirilmir

Yay Olimpiya oyunları tarixdə 5-ci dəfədir ki, keçirilmir

"Olimp" nə deməkdir? Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəng daşı və yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla Yunan allahların məkanı hesab olunurdu. Olimpiya oyunları dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. Ən böyük və məşhur idman yarışları Olimp dağının ətəyində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı. Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, dörd ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdir. 394-cü ildə qadağan edilən Olimpiya oyunları yenidən 1896-cı ildə bərpa edildi. Oyunların keçirilməsinin təşkili üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradıldı. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü
ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. 1896–2016-cı illər Yay Olimpiya oyunlarının tarixində dörd dəfə Olimpiya oyunları keçirilməmişdir. Onlardan VI Berlin Yay Olimpiya oyunları, çünki I Dünya müharibəsi gedirdi, XII Tokio və XIII London Yay Olimpiya oyunları, çünki II Dünya müharibəsi gedirdi, “Dostluq-84” (XXIII, Los-Anceles, 28 iyul - 12 avqust 1984), Olimpiya ili hələ başlamamışdan əvvəl ABŞ-ın Milli Olimpiya Komitəsi və Oyunların təşkilat komitəsi Sovet İttifaqı və digər sosialist düşərgəsinə daxil olan ölkələrin də olimpiadada iştirak etməsi üçün əllərindən gələni etməyə çalışırdılar. Qeyd olunurdu ki, oyunlar ABŞ-a məxsus deyil, yalnız Amerika torpağında keçəcək. Bir də ki, Olimpiya oyunları bütün dünyaya məxsusdur. Ancaq SSRİ-nin siyasi rəhbərləri 1980-ci ilin əvəzini çıxmaq üçün Los-Anceles olimpiadasını boykot etmək qərarına gəldilər. Dördilliyin ən böyük yarışlarına hazırlaşmış, amma olimpiadada çıxış etmək imkanından məhrum olmuş atletlərin öz ustalıqlarını nümayiş etdirə bilmələri üçün 1984-cü ilin may ayında Sosialist ölkələrinin idman rəhbərləri “Dostluq-84” yarışlarını keçirmək qərarına gəldilər. Yarışlar təkcə SSRİ-də keçirilmədi. İdman qurğularının hazırlıq
səviyyəsi nəzərə alınmaqla yarışların iştirakçıları Moskva, Tallin, Praqa, Havana, Budapeşt, Sofiya, Berlin, Varşava, Pxenyan və digər şəhərlərə toplaşmışdılar. Bu yarışlarda dünyanın 50-dən yuxarı ölkəsinin nümayəndəsi 28 olimpiya idman növü üzrə mübarizə aparmışdır. 12 dünya və 72 Olimpiya rekordundan yüksək nəticələr göstərilmişdir. “Dostluq-84” yarışlarının Təşkilat Komitəsinin sədri xalqımızın
ümummilli lideri Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir. XXXII Olimpiya (Yaponiyanın Tokio 24 iyul-9 avqust) oyunları da vaxtında keçirilməyəcək. Təxrə salındı. Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay Olimpiya oyunlarının növbəti, 23 iyul - 8 avqust 2021-ci ilə keçirilməsi barədə
təklif irəli sürərək, qarşı tərəfdən müsbət cavab alıb.