Damdan dama tennis partiyası

Damdan dama tennis partiyası

​Bir çox insanlar karantin müddətində nə ilə məşğul olacaqlarını bilmir. Kimi depressiyaya düşür, kimi isə saatlarla sosial şəbəkələrdə gəzir. İtaliyanın Liquriya şəhərində yaşayan iki qız isə vaxtlarını tennis oynmaq ilə keçirmək qərarına gəliblər. İlk baxışdan qeyri-adı görünən heçnə yoxdur. Bəs bunun stolüstü tennis deyil, böyük tennis və qızların fərqli binalarda yaşadığını desək necə? Yəqin ki, bu inanılmaz görünür. Lakin 14 yaşlı Vittoria Oliveri və 11 yaşlı Karola Pessina bu inanılmazı həyata keçirib. Belə ki, iki gənc tennisçi qarşı-qarşıya olan binaların damına çıxıb oradan biri-biri ilə bir neçə partiya oynayıblar. Bu, insanların marağına səbəb olub.
Qeyd edək ki, Karola Pessina doğma şəhərində öz yaş qrupu üzrə ən yaxşı tennisçidir.