Tokio Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri Rusiyanın Moskva şəhərində keçirilə bilər.
Bunu Rusiya Boks Federasiyasının baş katibi, AİBA-nın İcraiyyə Komitəsinin üzvü Umar Kremlyov deyib. O bildirib ki, təsnifat turnirinin Moskvada təşkil olunması ilə bağlı müvafiq müraciət göndəriləcək: “Təsnifat turnirini Moskvada keçirmək üçün sifariş verəcəyik. Turnirin İngiltərədə təşkil olunması boksun səviyyəsinə uyğun deyil. AİBA-ya müvafiq məktub yollayacağıq. Çünki bütün milli assosiasiyalar artıq yeni təsnifat turniri keçirməyi təklif edir”.
Xatırladaq ki, bu ilin martında Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə keçirilən Olimpiya Təsnifat Turniri koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.
Olimpiya təsnifat turniri Rusiyada keçirilə bilər