Olimpiya çempionu məşq videosunu paylaşıb

Olimpiya çempionu məşq videosunu paylaşıb

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zaqitova ev şəraitində edilən silsilə məşq prosesini təqdim edib. Rusiyalı idmançı insanlara sosial izolyasiya dövründə vaxtlarını səmərəli keçirməsi və bədən formalarını qoruması üçün dörd məşqdən ibarət video hazırlayıb.
Qeyd edək ki, A.Zaqitova 2018-ci ildə Olimpiya oyunlarının fərdi yarışlarının qalibi,  komanda yarışlarının isə  gümüş mükafatçısıdır. Xanım konkisürənin aktivində 2019-cu ildə keçirilən dünya çempionatının və 2018-ci ildə keçirilən Avropa çempionatının qızıl medalı var. Həmçinin idmançı 2017-2018-ci illərdə Qran-Pri mövsümünün finalının qalibidir.