"Dörd ay ərzində yarış üzü görməyəcəyik"

"Dörd ay ərzində yarış üzü görməyəcəyik"

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi, demək olar, hər kəsin fəaliyyətinə təsir edib. İşçilər işə gedə bilmədiyi kimi, idmançılar da məşqlərindən qalıblar. Əlbəttə, idmançı üçün evdə qalmaq, çölə çıxa bilməmək ikiqat çətindir. Çünki onlar dinamik həyat tərzinə öyrəşiblər. Eyni zamanda formadan düşmək qorxusu da bir tərəfdən idmançıları narahat edir.
Maraqlıdır ki, bəs idmançılar darıxdırıcı karantin günləri ilə necə mübarizə aparırlar? Cüdo üzrə Rio-2016 Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov saytımıza müsahibəsində ev şəraitində məşqlərini davam etdirdiyini deyib: "Əlbəttə, indiki dövrdə məşq etmək çətindir. Lakin həm də vacibdir. Ona görə də evdə məşq edirik. Yoxsa işimiz çətin olar. Yaxın gələcək bütün proqramlar təxirə salınıb. Dörd ay ərzində yarış üzü görməyəcəyik. Bu, çox pisdir. Gərək həvəsdən düşməyək".

Kənan Novruzov