İdman jurnalistləri arasında müsabiqə

İdman jurnalistləri arasında müsabiqə

Dünya İdman Jurnalistləri İttifaqı (AİPS) "AIPS Sport Media Awards" mükafatı uğrunda idman jurnalistləri arasında müsabiqə elan edir. Müsabiqə ən yaxşı məqalə, foto, video, audio və jurnalist bloq yazıları üzrə keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər www.aipsawards.com saytında qeydiyyatdan keçərək materialları təşkilatçılara göndərə bilərlər. Materiallar 2020-ci il oktyabrın 7-dək təqdim edilməlidir.

Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8000, 3000 və 2000 ABŞ dolları mükafat təqdim ediləcək.

Xatırladaq ki, bu müsabiqə ilk dəfə olaraq iki il bundan əvvəl təsis edilib. İlk müsabiqənin qalibləri 2019-cu ildə İsveçrənin Lozanna şəhərində mükafatlandırılıblar. İkinci müsabiqənin mükafatlandırılma mərasimi bu ilin fevralında Macarıstanın paytaxtı Budapeştdə təşkil edilib. Üçüncü dəfə keçiriləcək müsabiqənin qaliblərinə mükafatlar AIPS-in gələn ilin əvvəlində keçiriləcək növbəti konqresində təqdim ediləcək.