Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərindən biribdə koronavirus aşkarlanıb. İnfeksiya komitənin katibliyində işləyən 30 yaşlı şəxsdə aşkarlanıb. Onun adı açıqlanmayıb və hazırda evdə müalicə aldığı vurğulanıb.
Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.