Koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış “Biz birlikdə güclüyük!” çağırışına “Neftçi” klubu da qoşulub.
Klubun əməkdaşları və komandanın üzvləri Bakı şəhərində yerləşən Qadın və uşaq sığınma evinə baş çəkiblər. Həmçinin futbolçular və “Forza Neftçi” fan qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.