Olimpiya çempionu dünyasını dəyişdi

Olimpiya çempionu dünyasını dəyişdi

1980-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən ​ Olimpiya Oyunlarının 65 yaşlı çempionu Hartviq Qauder dünyasını dəyişib. Yarışlarda Almaniya Demokratik Respublikasının şərəfini qoruyan və 50 km məsafədə idman yerişi üzrə qalib olan idmançı ürək çatışmazlığından vəfat edib.​

1997-ci ildə ürək nəqli keçirdikdən sonra idmançı bir neçə dəfə Nyu-York marafonlarında iştirak edib. Qeyd olunur ki, əməliyyat zamanı infeksiya yoluxması səbəbi ilə idmançının ürəyi zamanla iş qabiliyyətini itirirdi. Həmçinin bildirilir ki, bir neçə ay əvvəl çempionun böyrəkləri imtina edib və ona transplantasiya təyin olunmuşdu.