PROFESSOR DİLQƏM QULİYEV PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ

PROFESSOR DİLQƏM QULİYEV PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ

Azərbaycan RespublikasınınPrezidenti

cənab İlham Əliyevə

             Çox hörmətli cənab Prezident!

             Son günlər koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

             Xalqımıza bu virusdan qorunmaqla bağlı ilk gündən "EVDƏ QALAQ” deyə müraciətiniz, bütün vətəndaşlarımızda inam yaratdı.

            Cənab Prezident, 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyiniz videomüşavirədə açıq şəkildə bəyan etdiniz: "Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”. Məhz bu seçiminiz bütün xalqımızı evdə qalmağa ruhlandırır.

            Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ilk gündən ölkəmizdə Sizin təşəbbüsünüzlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkəmizdə inşa edilən ən müasir "Yeni klinika”, tibbi maska istehsalı müəssisəsi açıldı. Azərbaycanda koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün lazımi vəsaitin ayrılması, işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, bir sıra kateqoriyalara aid tələbələrin təhsil haqqı ödənişindən azad olunması, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (taarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi və başqa imtiyazlara görə qərarlarınız bütün xalqımız tərəfindən bəyənilir. Həmçinin Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı bütün xalqı ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

              İftixar hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Sizin sayənizdə dünyada həm də idman ölkəsi kimi tanınır. Siz hələ dörd il bunda əvvəl Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında dünya ictimaiyyətini narahat edən "zika” virusundan idmançılarımızın sağlamlığını qorumaq məqsədilə ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlarla onların təmin olunması üşün göstəriş verdiniz. Nəticədə olimpiyaçılarımız dünya idman tarixində öz sözünü deyərək, Olimpiya oyunları salnaməsinə yeni səhifələr yazdılar.

              Sizin göstərişinizlə 2019-cu ildən indiyədək 5 milyon nəfərdən çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçmişdir. Sizin qeyd etdiyiniz kimi, Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, öz vətəndaşlarının müayinəsini pulsuz aparır.

             Möhtərəm cənab Prezident!

             Zaman bunu bir daha sübut etdi. Əgər Siz vaxtında bu kimi tədbirlər görməsəydiniz, indi bizi ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə hansı fəlakətlər gözləyirdi?! Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

             Möhtərəm cənab Prezident!

             Bu çətin günlərdə biz ziyalılar da evdə qalaraq, Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Sizin rəhbərliyinizlə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, idmançılarımız Tokio Olimpiya Oyunlarında da Vətənimizi ləyaqətlə təmsil edəcək və bizim bayrağımız bu möhtəşəm beynəlxalq idman tədbirində də qaldırılacaq, himnimiz səslənəcəkdir. Sizə təşəkkür edirik. Siz "Biz birlikdə güclüyük!” deyirsiniz, biz isə "Biz Sizinlə güclüyük!” deyirik.

             Koronavirusla mübarizədə xalqımızın firəvanlığı üçün yorulmadan çalışan Sizin ən yaxın silahdaşınız, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin ətrafında daha da sıx birləşərək bu sınaqdan da uğurla çıxacaqdır. Bədən tərbiyəsi və idman sahəsində 50 ildir çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Allah xalqımızı,Sizi və ailənizi qorusun!

 

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor