TƏBRİK

TƏBRİK

Milli mətbuatımızın yaranmasının 138-ci ildönümünü qeyd edirik. Arxada qalan bu illər ərzində Azərbaycan mətbuatı sürətli inkişaf yolu keçib. Bu gün ölkəmizdə yüzlərlə KİV fəaliyyət göstərir. Respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər yazılı mətbu orqanlarında, radio və televiziyalarda geniş əks olunur. Dünya dövlətləri arasında nüfuza malik olan ölkəmiz idman sahəsində də qabaqcıllar sırasındadır. Atletlərimizin əldə etdiyi uğurlar KİV-lərdə ətraflı şərh edilir, oxucuların diqqətinə çatdırılır. Sevindirici haldır ki, bu gün Azərbacanda idman mətbuatı da yüksək səviyyədədir. Bunların arasında "Olimpiya dünyası” qəzeti xüsusi yer tutur. 10 ildən artıqdır ki, fəaliyyət göstərən bu qəzeti Azərbaycan idmanının ən böyük təbliğatçısı saymaq olar. Qəzetin səhifələrində bütün idman növləri üzrə yarışlara geniş yer verilir, təhlillər aparılır, dünya idmanında baş verən hadisələr əks olunur. Burda həmçinin ölkəmizin tanınmış idmançıları, onların şəxsi və idman həyatı ilə bağlı maraqlı müsahibələr dərc edilir. Oxucular "Olimpiya dünyası” qəzetini həvəslə oxuyurlar. Milli mətbuatımızın 138-ci il dönümü münasibətilə "Olimpiya dünyası” qəzetinin yaradıcı kollektivini ürəkdən təbrik edir, sizə bu çətin və şərəfli işinizdə uğurlar diləyirəm.
İlham Zəkiyev,
ikiqat paralimpiya çempionu