Bu ilin avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi gözlənilən atletika üzrə Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar olaraq ləğv olunub. Bu barədə Təşkilat Komitəsi və Fransa Atletika Federasiyası birgə qərar qəbul edib. “Əsas insanların sağlamlığıdır. Biz hesab etdik ki, yarışların təxirə salınması daha doğru qərardır”, - deyə Fransa Atletika Federasiyasının prezidenti Andre Jiro bildirib.
Atletika üzrə Avropa çempionatı ləğv olundu