“Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam”

“Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam”

İyulun 22-də Azərbaycan Milli Mətbuatının 138 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlər üçün tikilmiş mənzillərin paylanması mərasimində iştirak etdi. Ölkə başçısı jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildyini, binanın ərazisində gözəl kompleksin yaradılacağını, yeni infrastruktur layihələrinin reallasdırılacağını söylədi. Prezident İlham Əliyev KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət göstəriləcəyini bildirdi.


Sevindirici haldır ki, mənzil verilən bir qrup jurnalist arasında əməkdaşımız, "Olimpiya dünyası” qəzetinin şöbə müdiri Səadət Hakıyeva da var. Əməkdaşımız mənzil alması münasibəti ilə sevinc hisslərini qəzetimizin çoxsaylı oxucuları ilə bölüşdü:

- 22 iyul mənim üçün ikiqat əlamətdar oldu. Bu gün Milli mətbuatımızın 138 illiyi qeyd olunur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və rublisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmaga baslayan "Əkinçi” qəzeti ilə əsası qoyulmus milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, eyni zamanda şərəfli bir yol keçib. Ölkəmizdə söz və mətbuat azadlğının inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə KİV sahəsində çalışanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə jurnalistlər üçün xüsusi çoxmərtəbəli bina tikilmişdir. 22 iyul Milli Mətbuat Günündə bir qrup KİV nümayəndəsinə yeni mənzillər təqdim olundu. Sevinirəm ki, mən də mənzil alan jurnalistlərin sırasındayam. Sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Uzun illərdir ki, mənzilə ehtiyacım var idi. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması bir daha sübut edir ki, ölkəmizdə digər sahələrə olduğu kimi, mətbuat sahəsinə də dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısının jurnalistlərlə göstərdiyi bu böyük qayğı, həm də hər bir Azərbaycan vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Milli Mətbuat Günündə KİV nümayəndələri üçün tikiləcək yeni binanın təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bir daha onu göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər uğurla davam etdiriləcəkdir. Uzun illər mətbuat sahəsində çalışan bir insan kimi fəaliyyətimə verilən qiymət, hesab edirəm ki, həm də əməkdaşı olduğum qəzetin kollektivinin əməyinə verilən qiymətdir. Fürsətdən istifadə edib, bir daha Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm.