Çempion pandemiya səbəbi ilə supermarketdə işləyir

Çempion pandemiya səbəbi ilə supermarketdə işləyir

Almaniyalı tennisçi Kevin Kravis koronovirus pandemiyası səbəbi ilə turnirlərin dayandırılmasına görə, supermarketdə işlədiyini deyib. “Artıq bir neçə həftədir supermarketdə işləyirəm. 450 avroya yaxın qazanc əldə etmişəm. İşim malları yerləşdirməkdən, arabaları dezinfeksiya etməkdən və bu kimi başqa işlərdən ibarətdir”, - deyə idmançı bildirib.
Qeyd edək ki, Kevin Kravis “Rolan Qarros” tennis turnirinin çempionudur. ​