Çempion özünü müdafiə etdi

Çempion özünü müdafiə etdi

“Baha-1000” avtomobil yarışlarının ikiqat çempionu Bi-Cey Bolduin Las-Veqasda tanımadığı şəxsi güllələyib. Hadisə idmançının rəfiqəsi ilə birgə avtomobilində olarkən baş verib. Məlumata görə, B.Boludui dayanacaqda olarkən onun avtomobilinə iki naməlum şəxs yaxınlaşıb və onların arasında mübahisə yaranıb. Daha sonra şəxslərdən biri atəş açıb. Lakin elə həmin şəxs idmançı tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd olunur ki, çempionun silah saxlama icazəsi olub. İstintaq Bi-Cey Bolduin özünü müdafiə məqsədi ilə atəş açdığını təyin edib.

Məlumat üçün bildirək ki, “Baha-1000” yarışları üç gün ərzində Meksikada keçirilir.