İkiqat Olimpiya mükafatçısı həyatla vidalaşdı

İkiqat Olimpiya mükafatçısı həyatla vidalaşdı

Həndbol üzrə üçqat dünya çempionu Marina Bazanova 57 yaşında dünyasını dəyişib. Bu barədə Rusiya Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Keçmiş həndbolçu 1982, 1986 və 1990-cı illərdə SSRİ yığmasının tərkibində üçqat dünya çempionu olub. M.Bazanova 1988-ci ildə keçirilən Olimpiya Oyunlarının bürünc medalını qazanıb. 1992-ci ildə isə Birləşmiş komanda ilə birlikdə Olimpiya Oyunlarının üçüncüsü olub.

M.Bazanova karyerasının əsas hissəsini Kiyevin “Spartak” klubunda keçirib. O, məhz bu klubun tərkibində dəfələrlə SSSR çempionu və Avropa çempionlar kubokunu qazanıb. Daha sonra Almaniyanın “Valle Bremen” klubunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərib. Karyerasını bitirdikdən sonra Bremendə reabilitasiya mütəxəssisi vəzifəsində işləyib.