Dünyanın ikinci tennisçisi Rafael Nadal "Marca" nəşrinə verdiyi video-müsahibədə karantindəki istəklərindən söz açıb. O, söhbət əsnasında emosiyalarıni gizlətməyib:
"Tennis oynamaqdan çox insanlarla birlikdə olmaq istərdim. Məşq etmək istəyirəm? Baş verənlərlə əlaqədar görürəm ki, bunun heç bir mənası yoxdur. Yarışlara həvəsim qalmayıb. Şəxsən mən düşünürəm ki, bu qeyri-adi vəziyyətdə yarışlar çox uzaqdadır. Hal-hazırda ən çox istədiyim şeylər bir vaxtlar qədrini bilmədiyim muqəddəs dəyərlərdir. Qohumlarını və yaxınlarımı görmək, görüş təşkil etmək, dənizə gedib, çimmək, qucaqlaşıb, azadlığı hiss etmək istəyirəm. Mənim bu video-bağlantılara çox ehtiyacım var. Belə gedərsə, mənim özümə yeni həyat tərzi düşünməli olacağam. Amma buna baxmayaraq zamanla hər şeyin yenidən əvvəlki vəziyyətinə dönəcəyinə inanıram. Həqiqəti və hadisələri olduğu kimi qəbul edə bilmirəm. Heç düşünmək belə istəmirəm ki, bir neçə ay görüşmədiyim dostlarımla görüşəndə onları qucaqlamayım. Mən inanıram ki, hər şey normal hala qayıdacaq. O vaxta qədər çətin olsa da, biz məsuliyyətli olmalıyıq.
Başa düşmək lazımdır ki, iqtisadiyyat dağılır, əsasda turizm. Bütün bunlara hazır olmaq və qərar çıxarmaq lazımdır. Şəxsən mən öz akademiyamda bu işlə məşğulam", - deyə ispaniyalı ulduz bildirib.