Türkiyəli atlet Gülcan Mınqırın 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının nəticəsi ləğv olunub. İdmançıya bu cəza 3 min metr maneələrlə məsafəyə qaçış üzrə yarışan atletə antidopinq qaydalarını pozduğu üçün verilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətindən verilən məlumata görə nümunələrin təkrar yoxlanılmasından sonra atletin qanında qadağan edilmiş maddə aşkar edilib.
Qeyd edək ki, 30 yaşlı Gülcan Mınqır London Oyunlarında ikinci təsnifat yarışında 10-cu yerə layiq görülərək, final mərhələsinə vəsiqə qazanmayıb. Atlet 2012-ci il Avropa çempionatının, 2011-ci ildə 23 yaşadək idmançılar arasında Avropa çempionatının qalibidir. O, həmçinin Kazanda keçirilən Universiadanın bürünc mükafatçısıdır.