"Roje və "Cülyetta"" - gözlənilməz tanışlıq

"Roje və "Cülyetta"" - gözlənilməz tanışlıq

Pandemiyanın nisbətən azaldığı, insanların karantin rejimində oldugu günlərdə "olimpiyadunyasi.com" saytı oxucularına maraqlı yazılar təqdim edir. Budəfəki yazımızın qəhrəmanı isveçrəli​ Roje Federerdir. İdmandan azacıq məlumatı olan hər kəsin​ bu tennisçini tanımaması gülünc olardı. Tanımayanlar üçün məlumat verək ki, Roje Federer Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl, London-2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, karyerası ərzində Böyük Dəbilqə turnirinin 20, ATP seriyasından olan yarışların isə 111 dəfə qalibi olub. Tennis dünyasında keçirilən digər turnirlərin əksəriyyətin isveçrəli idmançı ən yüksək titullara sahib çıxıb.​ Bu uğurları ilə o, dünyanın ən güclu tennişçilərinin reytinqində üst pillərdə qərarlaşıb.​

Roje Federdən bəhs edən bu yazı da həmin yarışlardan birində baş verib.​

 

"Gözlənilməz qarşılaşma"

Artıq​ 2003-cü ildə 21 yaşlı Roje Federerin böyuk tennisdə "ulduzu" parıldamışdı. "Böyük dəbilqə"də ən güclü yarışlara dəvət alan tennisçı Qştaadda keçirilən turnirdə iştirak etdi. ATP seriyasından olan turnirdə debüt edən Federerin ilk görüşünə altı min azarkeş toplaşmışdı. Beş saat davam edən görüşdən sonra azarkeşlərin də iştirak etdiyi xüsusi mərasim təşkil olunmuşdu.​

Həmin mərasimi Federer belə xatırlayır:

"Mən düşünürdüm ki,​ korta çıxıb azarkeşlərlə görüşüb, bir necə kəlmə ürək sözlərimi deyəcəm. Sonra kortu tərk edəcəyəm. Lakin belə məqamda o, qarşıma çıxdı".

Həmin vaxt məşhur tennisçiyə cəkisi 800​ kq olan "Cülyetta" adlı südlük inək hədiyyə edilmişdi. Mükafatı​ təqdim edən yarışın vitse -direktoru Klaudio Xermenyat bu barədə deyib: "Həmin vaxt o, "Uimbldon"un qalibi olmuşdu.​ Ona bu zəhmətinə görə​ hədiyyə verməmək hörmətsizlik​ olardı. Biz​ də ona görə​ çempiona inək bağışladıq"

 

"Ceyms Bond"un hədiyyəsi

Əslində bu seçim təsadüfi​ deyildi. İsveçrə mətbuatının yaydığı xəbərə görə, bu mükafatı yerli biznesmen və fermer Qanspeter Roystunun hədiyyəsi idi. Həmkarlarımızın yaydığı xəbərlərdə bildirilirdi ki,​ Royst İsveçrədə pendir istehsalının "Ceyms Bond"udur.​ Fermer bu hədiyyə ilə Qştaad pendirinin nüfuzunu bütün dünyaya yaysın. Federer hədiyyəni aldıqdan sonra öz müsahibəsində bildirmişdi:​ "Bu mənim üçün xüsusi hədiyyədir. Mən isveçrəliyəm,​ onu yaxşı bilirəm ki,​ inəklər ölkəmizin nüfuzudur. İndi mənim​ də inəyim var. O,​ sakit amma çox böyük bir canlıdır. Tezliklə onu sağmağı öyrənəcəyəm.​ Onun üçün hər şey edəcəm. "Cülyetta"​ üçün yeni qaraj tikəcəm"

Rojeyə ilə hər şeyi​ başa saldılar. Tennisçi "Cülyetta"nı nüfuzlu fermerlərdən olan Rudi Verenin təsərrüfatında saxlayırdı. Mətbuatın yazdığı xəbərlərdə bildirilirdi​ ki,​ Federer "Cülyetta"nın sahibi olsa​ da,​ bütün südündən istifadə etmək hüququ yox idi. Əvəzində çempiona imkan verdilər ki, "Cülyetta"nın​ yeni doğulan​ balasına istədiyi adı qoysun. Roje yeni doğulmuş buzova "Edelveys"​ adını qoymuşdu.

 

Rojeni​ "Cülyetta" ilə görüşdürmədilər

Hədiyyənin sahibi 2004-cü ildə "Cülyetta"ilə görüşmək istədi. Amma ona razılıq vermədilər. Cünki "Cülyetta"​ əvvəlki kimi görünmürdü. İnək getdikcə zəifləmişdi. 2013-cü ildə mətbuat konfransında Roje bu barədə demişdi. "Cülyetta artıq bizimlə deyil. Siz keçmişlə yaşayırsınız. Bu barədə daha heç bir fikir söyləmək istəmirəm".

Məlumat üçün bildirək ki,​ Roje Federerə 2004-cü ildə "Dezire"adlı yeni bir inək bağışlamışdı. Amma o, bu hədiyyədən imtina etmişdi. Bundan sonra "Dezire" hərracda yüksək qiymətə satılmışdı.

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hazırladı: Vəfa Əhmədova

 

P.S. Dünya mətbuatı həmin ərəfələrdə​ bu mövzu ilə bağlı yetərincə informasiya yaya bilmişdi. Rojeyə verilənə 5 sualdan 3-ü "Cülyetta"​ ilə bağlı idi.​