"İnternet vasitəsilə yetirmələrimə tapşırıqlarımı verirəm"

"İnternet vasitəsilə yetirmələrimə tapşırıqlarımı verirəm"

Ölkəmizdə karantin qaydaları aprelin 27-dən nisbətən yumşaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən, bir sıra sahələrdə fəaliyyətə icazə verilib. Lakin həmin sahələr arasında idman hələ ki, nəzərdə tutulmayıb. Bu o deməkdir ki, idmançılar məşqləri hələ də karantin qaydalarına uygun evdə qalmaqla, həyata keçirməlidirlər. Evdə idmanla məşğul olan atletlərimiz arasında kikboksinqçilər də var. Kikboksinq üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyevlə əlaqə saxlayıb, onun fikirlərini öyrəndik. Gənc məşqçi onlayn qaydada yetirmələrinə tapşırıqlar verdiyini dedi: “Mən həm də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin məşqçisiyəm. Martın 3-dən etibarən zalımız bağlanıb. Əlbəttə, bu, bütün idmançılar kimi bizə də xoş deyil. Amma mən internet vasitəsilə yetirmələrimə tapşırıqlarımı​ verirəm. Bilirəm ki, dediklərimə əməl edirlər. Çünki onlar titullu idmançılardır.​ Təbii ki, belələri müəllimi yaxşı başa düşür, bütün deyilənlərə əməl edirlər”.​

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Kənan Novruzov