"Ən böyük mükafatım ailəmdir"

"Ən böyük mükafatım ailəmdir"

Amerikalı suyatullanan Laura Uilkinsonun​ idmanda bəxti gətirməsə də, o,​ həyatda və ailədə xoşbəxtdir. Onun həyatında silinməz iz qoyan hadisələr oxucuların diqqətindən yayınmır. Bunu nəzərə alaraq, olimpiyadunyasi.com​ saytı adıcəkilən xanım idmançıdan bəhs edən yazını oxucularına təqdim edir.​

 

Gimnast olmaq üçün gecikmişdi

Hələ 20 il əvvəl amerikalı idmançı dörd uşaq anası deyildi.​ O,​ "The Revolve Tour" komandasında dini təbliğatla məşğul olurdu. İnsanları özünə inandıraraq Tanrıya inanmaqda köməklik edirdi. Bu xəbər KİV-lərdə geniş müzakirə olunmuşdu. Laura gimnast olmaq istəyirdi. Lakin yaş həddi onun​ bu arzusuna mane olur. O, qüllədən suyatullanma idmanına 15 yaşında​ gəlmişdi. Yeniyetmə qızın yaşı çox olduğu üçün məşqçi onu qəbul etməmişdi. Hətta onu məktəb komandasından çıxartmışdı. Bütün bunlara baxmayaraq, Laura ABŞ çempionatının qalibi oldu. Bu uğurdan sonra​ 1995-ci ildə onu yığma komandaya qəbul etdilər.

Sidney-2000 Yay Olimpiya Oyunları ərəfəsində​ o, bədbəxtliklə üzləşir. Uilkinson ayağını sındıraraq, ilk zədəsini almışdı. Bu səbəbdən Olimpiya Oyunlarına hazırlaşa bilməmişdi. Belə olduğu təqdirdə məşqçi Kenni Armstronq idmançının bərpası və hazırlığı üçün​ bənzərsiz metodikaya əl atır. İdmançı özünün ağıllı aspektlərindən və​ dairəvi hərəkət manevlərindən istifadə edərək məşq edirdi. Qüllədən tullanma yarışlarına qədər idmançı üç həftə hovuzdan çıxmadan məşq etmişdi.

 

​ Çoxuşaqlı ananın yarımçıq qalmış arzuları

Amerikalı atlet​ Afina-2004 Olimpiya yarışlarında birinci pilləni tutaraq, bir il sonra Dünya çempionatına vəsiqə qazandı. Uilkinson zədəli olduğu üçün Pekin-2008 Olimpiya Oyunlarında iştirak edə bilmir. Yarışlarda iştirak edə bilmədiyi üçün idmandan getmək qərarına gəlir. Həmin vaxt ailə qayğıları​ onun bütün vaxtını alırdı. Ailə çoxuşaqli sayılırdı. Belə ki, idmançı həyat yoldaşı ilə 2012-ci ildə Çindən, 2018-ci ildə isə Efiopiadan qızları himayəyə götürmüşü. Tezliklə cütlüyün daha iki övladı dünyaya gəldi.​

2012-2016-cı illərdə Olimpiya Oyunlarda iştirak barədə jurnalistlərin aramsız sualları Lauranı həvəsləndirdi. Rio-2016 Olimpiya Oyunlarından sonra Uilkinson məşqçi Armistronqa zəng vurdu. Onlar Tokio yarışlarına hazırlaşmağa başladılar.

Amerikalı idmançıda qüllədən suyatullanma idmanında ən yaşlı idmançı kimi tarixə düşmək ideyası oyandı.

 

"Hər şey istəkdən və həvəsdən asılıdır"

"Heç ağlıma da gəlməzdi ki, mən bunu yenidən edə bilərəm. Mənim idman növumdə​ idmançılar tez təqaüdə gedirlər. Mən karyeramda hər cür vəziyyətlə rastlaşmışam. Hesab edirəm ki, hər şey istəkdən və həvəsdən asılıdır. Təəsüf ki, bu vaxta qədər bir neçə dəfə Olimpiya çempionu olmaq şansımı əldən vermişəm. Buna daha çox rəqiblərim, xüsusilə də çinlilər sevinirdilər. Olsun, hər şeyin öz həddi var. Olimpiya oyunları təxirə salındı. Gələn il, 43 yaşım olacaq. Amma özümü Olimpiya Oyunlarında sınayacagam. Olimpiadanın təxirə salınması mənə sərf edir.​ Bu artıq idman üçün son həddir. Ən yaxşı ailəyə bağlı olmaqdır. Ən böyük mükafatım ailəmdir", - deyə Laura bildirib.​

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hazırladı:​ Mehriban ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  Həbibova

 

P.S.​ Deyəsən Uilkinsonun Olimpiadaya getməsi çinlilər üçün çətinlik yaradacaq.

"Ən böyük mükafatım ailəmdir" "Ən böyük mükafatım ailəmdir" "Ən böyük mükafatım ailəmdir" "Ən böyük mükafatım ailəmdir"