Cazibədar tennisçi​ virtual mübarizəyə qoşulur

Cazibədar tennisçi​ virtual mübarizəyə qoşulur

Rusiyalı tennisçi Mariya Şarapova qadın Tennis Assosiasiyası (DTA) tərəfindən təşkil edilən virtual turnirdə iştirak edəcək.

"Stay at Home Slam" adlı onlayn yarış mayın 3-də keçiriləcək. M.Şarapova ilə yanaşı, turnirdə Serena və Vinus Uilyams bacıları, Naomi Osaka, Madison Kis, Key Nisikori, Kevin Anderson və Teylor Fric də iştirak edəcək. Tennisçilər model Cici Hadid, Çarli Kloss, müğənni Sil, dj Stiv Aoki və digər ulduzlar ilə cütlük şəklində yarışacaqlar.

Qeyd edək ki, turnir xeyriyyə xarakteri daşıyacaq.