Virtual Madrid turnirində qaliblər müəyyənləşdi

Virtual Madrid turnirində qaliblər müəyyənləşdi

Tennis üzrə virtual Madrid turnirinin qalibləri müəyyənləşib. Kişi tennisçilər arasında fərdi yarışların finalında Böyük Britaniya təmsilçisi Endi Mürrey belçikalı David Qoffeni 7:6 (7:5) hesabı ilə məğlub edib. Qadınların mübarizəsində isə niderlandlı Kiki Bertens Fransa tennisçisi Fiona Ferrodan üstün olub – 6:2. Qeyd edək ki, turnirin yarımfinal mərhələsində E.Mürrey argentinalı Dieqo Şvartsmanı, K.Bertens isə Danimarka təmsilçisi Karolina Voznyaçkini məğlub edib.